Dərc edilib: 09-05-2021

https://www.nuh.az/28717-.html

Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir

09.05.2021 19:28:22

LIVE

Şotlandiyada mayın 6-da keçirilmiş parlament seçkisinin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, birinci nazir Nikola Stercenin liderlik etdiyi Şotland Milli Partiyası 129 yerlik parlamentə 64, Şotland Yaşıllar Partiyası 6 mandatla düşüb. Hər iki siyasi qüvvə Şotlandiyanın Böyük Britaniyadan ayrılmasına tərəfdardır.


1707-ci ildən İngiltərə ilə ittifaqda olan Şotlandiya 1997-ci ildə muxtariyyət əldə edib.

2014-cü il sentyabrın 18-də Şotlandiyada ilk müstəqillik referendumu olub, seçicilərin 55,4%-i Böyük Britaniyanın tərkibində qalmağı üstün bilib.

2016-cı il iyunun 23-ü Böyük Britaniyada keçirilmiş referendumda seçicilərin 51,9%-i ölkənin Avropa İttifaqından ayrılmasına səs verib. Bu ayrılıq 2020-ci il yanvarın 31-də rəsmiləşib. Şotlandların 62 faizi 2016-cı il referendumunda Avropa İttifaqında qalmağa tərəfdar olub.

Uels və Şimali İrlandiya da Böyük Britaniyaya daxildir.

Şotlandiya hökumətinin başçısı Nikola Stercen yenidən müstəqillik referendumuna getmək tərəfdarıdır. O qeyd edir ki, Şotlandiya Böyük Britaniyanın Avropa İttifaqından ayrılması ilə razılaşmadığı üçün müstəqil dövlət olmağa məhkumdur. musavat.com

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib