Dərc edilib: 10-05-2021

https://www.nuh.az/28734-.html

Speys TV-nin 5 günlük rəhbəri istefa verdi - Sensasiya

10.05.2021 15:29:15

Region

Bir neçə gün əvvəl "Speys" teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib.

 


Nyus24.az   xəbər verir ki, Ü.Mikayılova Speys TV-nin kollektivinə təqdim olunduqdan beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib.

 

Ü.Mikayılovanın TV-yə rəhbərlik etməsindən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərdir. Speys TV-ni sırf maarifçilik kanalına çevirmək istəyinin mümkünsüz olması da istefa verməsinin səbəblərindən biri kimi göstərilir.

Ü.Mikayılova Speys TV-yə rəhbər təyin olunana qədər ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri olub.

Qeyd edək ki, 2006-2021-ci illərdə "Spes"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbəri vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib