Dərc edilib: 11-05-2021

https://www.nuh.az/28742-.html

Kazanda məktəbə basqın: 8 şagird, 1 müəllim öldürüldü

11.05.2021 12:25:25

Günün sitatı

Tatarıstanın paytaxtı Kazanda 175 nömrəli məktəbdə yeniyetmələrdən biri silah gətirərək, şagirdlərə atəş açıb.


Axar.az xəbər verir ki, bu məlumatı “İnterfaks” agentliyi yayıb. Atışmadan sonra məktəb ərazisində partlayış səsi eşidilib. Şagirdlərə atəş açan yeniyetmə yaxalanıb.

Hələlik insident nəticəsində nə qədər şəxsin xəsarət aldığı rəsmi olaraq açıqlanmayıb. Bəzi mətbuat orqanları, o cümlədən “Moskovskiy Komsomolets” qəzeti atışma nəticəsində minimum 9 nəfərin öldüyünü bildirib.

***

Kazandakı məktəbə hücum edənlərin iki nəfər olduğu müəyyən edilib.

Bu məlumatı TASS agentliyi öz mənbələrinə istinadən yayıb. Məlumata görə, hücumu həyata keçirən yeniyetmələrdən biri hələ də məktəb ərazisindədir və o bir neçə nəfəri girov saxlayıb.

Bununla bərabər məktəbdə öldürülənlərdən 8-nin şagird, 1-nin isə müəllim olduğu vurğulanıb. Məktəbdə hücum zamanı 700-dən çox şagird olub.

Hadisə yerinə Tatarıstan lideri Rüstəm Minnixanov gəlib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib