Dərc edilib: 12-05-2021

https://www.nuh.az/28749-.html

ABŞ-ın ən izdihamlı yerlərindən birində Azərbaycan bayrağı ucaldılacaq (FOTO)

12.05.2021 09:06:38

Cəmiyyət

ABŞ-ın Nyu-York şəhərində 28 May - Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağı ucaldılacaq.
"Report” xəbər verir ki, Azərbaycan bayrağı Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan və turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - "Wall Street”də yerləşən "Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılacaq.
Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli deyib ki, Azərbaycan bayrağı mayın 28-dən etibarən 10 gün müddətində həmin yerdə ABŞ-ın dövlət bayrağı ilə bərabər dalğalacaq.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib