Dərc edilib: 12-05-2021

https://www.nuh.az/28750-.html

“Formula-1” ləğv olundu

12.05.2021 09:13:40

LIVE

“Formula-1” üzrə dünya çempionatının Türkiyə mərhələsi ləğv olunub.


“Qafqazinfo” yarışın Türkiyədəki yayım hüququna malik “S Sport” kanalına istinadən xəbər verir ki, buna ölkədə koronavirusun sürətlə yayılması səbəb göstərilib.

Məsələ burasındadır ki, yarışda iştirak edən bir çox komandanın mərkəzi İngiltərədə yerləşir. İngiltərə isə Türkiyəni koronavirusun yayılmasına görə riski ölkələr siyahısına daxil edib. Buna görə də, Türkiyəyə yollanacaq şəxslər geri döndükdən sonra İngiltərədə 10 günlük karantinə alınacaq. Nəticədə 11-13 iyunda keçirilməsi planlaşdırılan yarış ləğv edilib. 

Qeyd edək ki, “Formula-1”in İstanbul mərhələsinin ləğvi səbəbindən dünya çempionatı 22 yarışla yekunlaşacaq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib