Dərc edilib: 13-05-2021

https://www.nuh.az/28755-.html

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı - Foto

13.05.2021 11:14:41

Cəmiyyət

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Ramazan bayramı ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Təsviredilməz qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram! Qoy insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!

Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm. Onların doğma və yaxınlarına səbir diləyirəm. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!

Bütün dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm, Allahdan onların dua və oruclarının qəbul olunmasını diləyirəm.

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib