Dərc edilib: 13-05-2021

https://www.nuh.az/28758-.html

General-polkovnik Tofiq Ağahüseynov dəfn edildi - Fotolar

13.05.2021 19:30:12

LIVE

Böyük Vətən Müharibəsi iştirakçısı, istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov 2-ci Fəxri Xiyabanda son mənzilə yola salınıb.


Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, vida mərasimində görkəmli hərbi xadimin mənalı ömür yolu xatırlanıb, onun Vətən və xalq qarşısında xidmətləri qeyd olunub.

Dəfn mərasimində əsgəri ənənələrə uyğun olaraq dövlət himni səsləndirilib və  havaya yayılım atəşi açılıb. Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Respublika Veteranlar şurası adından əklillər qoyulub.

Dəfn mərasimində iştirak edən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev tabut üzərinə sərilən dövlət bayrağını xatirə saxlamaq üçün mərhumun ailəsinə təqdim edib və dərin hüznlə baş sağlığı verilib.

 





NUH informasiya agentliyi səhifəsindən çap edilib