Dərc edilib: 16-05-2021

https://www.nuh.az/28790-.html

Tanınmış jurnalist vəfat etdi

16.05.2021 15:44:43

LIVE

Əməkdar jurnalist  Svetlana Nəcəfova dünyasını dəyişib. 


“Qafqazinfo” xəbər verir ki, jurnalistin vəfatı ilə bağlı Mətbuat Şurası nekroloq yayıb.

 

Nekroloqda Azərbaycan jurnalistikasının və ümumiyyətlə ədəbi-bədii mühitinin tanınmış simalarından olan S. Nəcəfovanın vəfatı ilə əlaqədar mərhumun doğmalarına başsağlığı verilib.

Qeyd edək ki, 1938-ci il təvəllüdlü Svetlana Hacı qızı Nəcəfova 1973-1977-ci illərdə “Azərbaycan qadını” jurnalı redaksiyasında şöbə redaktoru, 1977-1992-ci illərdə isə baş redaktorun müavini vəzifələrində çalışıb. 1996-2003-cü illərdə “Respublika” qəzeti redaksiyasında şöbə müdiri olan jurnalist 2003-2008-ci illərdə televiziya sahəsində çalışmaqla da zəngin peşə yolu keçib.

S.Nəcəfova ədəbi yaradıcılığa ötən əsrin 60-cı illərindən başlayıb. Çoxsaylı oçerk və hekayələr, dərin məzmunlu publisistik məqalələr, kitablar müəllifi olan həmkarımızın əməyi ali səviyyədə yüksək qiymətləndirilib.

O, “Əməkdə fərqlənməyə görə” medalına, fəxri fərmanlara, müxtəlif mükafatlara və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib