Dərc edilib: 19-05-2021

https://www.nuh.az/28815-.html

Deputatdan Laçındakı şəkillə bağlı - Açıqlama + Fotolar

19.05.2021 17:35:52

Müsahibə

Ötən gün Laçına gedən bir qrup şəxsin spirtli içkini şəhid bulağı olduğu iddia edilən yerdə soyutması barədə foto yayılıb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu əməli edən şəxsin isə Laçından seçilən deputat Mahir Abbaszadə olduğu bildirilib. 

 

NUH.az    xəbər verir ki, sözügedən müzakirələrdən sonra deputat Mahir Abbaszadə məsələyə münasibət bildirib. O, Oxu.az-a açıqlamasında həmin bulağın şəhid bulağı olmasını təkzib edib: “Azərbaycan Televiziyası özünün ən ciddi verilişlərindən birini bu mövzuya həsr edib və rayonun nüfuzlu şəxslərinin iştirakı ilə Laçında, Güləbird kəndində çəkiliş aparıb. 

 

Mən də çəkilişin iştirakçısı olmuşam. Bakıdan gətirdiyimiz azuqə ilə orada adi nahar süfrəsi təşkil etmişik. Hətta bu, çəkiliş başlamamış olub. Çünki uzun yol gəlmişdik. Nahar edib, sonra çəkilişə başladıq. Süfrəmizdə spirtli içki olmayıb. 

Bunu oradakı keçmiş döyüşçülər, müharibə veteranları, həmçinin digər TV kanallarının əməkdaşları da təsdiq edərlər. Yaxınlıqdakı bulaq da “Humay” bulağı adlanır, şəhid bulağı yox”.

Xatırladaq ki, bu ilə qədər 18 may günü Laçının Ermənistan tərəfindən işğal günü kimi qəbul edilmişdi. Bu il isə laçınlılar sözügedən tarixi Laçında keçiriblər.

 

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib