Dərc edilib: 20-05-2021

https://www.nuh.az/28820-.html

Azərbaycanın sabiq baş naziri danışdı:

20.05.2021 11:07:32

Müsahibə

"Azərbaycan və Ermənistan arasında mütləq dövlət sərhədi olmalıdır. Hazırda bu proses həyata keçirilir və buna müsbət hadisə kimi yanaşmaq lazımdır”.

Bu fikirləri Teleqraf.com-a sabiq Baş nazir Rəhim Hüseynov deyib.
Keçmiş Baş nazir erməni tərəfinin sərhədlərin müəyyən edilməsinə maneə yaratdığını da qeyd edib: "Onlar problemlər yaradır. Bu məsələni hökumət rəhbərləri həll etməlidir. Mən sərhədlərin müəyyən edilməsini dəstəkləyirəm. Bu, vacib məsələdir”.
Rəhim Hüseynov qeyd edib ki, vəlvələdən və ya zəlzələdən hər iki xalq bu regionda yaşamalı olub: "Mən deyə bilmərəm ki, bu iki xalq arasında mehriban münasibətlər yaranacaq və ya düşmənçilik sonsuza qədər davam edəcək. Məncə, bu daha çox hər iki dövlət rəhbərlərinin müzakirələrindən və görüşlərindən asılıdır. Əlbəttə, sadə insanlar da bir-birini anlamalıdır”.
Qeyd edək ki, Rəhim Hüseynov 14 may 1992-ci ildən 30 yanvar 1993-cü ilədək Azərbaycanın Baş naziri olub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib