Dərc edilib: 22-05-2021

https://www.nuh.az/28838-.html

"Onun cənazəsini sabah ..." - Tahir Salahovun bacısı

22.05.2021 00:24:29

Hadisə

“Tahir Salahovun cənazəsini sabah Almaniyadan Bakıya gətirməlidirlər. Təbii ki, gətirilən günü dəfn olunmayacaq, yəqin ki, səhəri gün dəfn olunar. Pandemiyaya görə dəfndə 20 nəfər yalnız ailə üzvləri, yaxın qohumlar iştirak edəcək. Bu məsələlərlə Polad Bülbüloğlu məşğul olur”.

 
Bunu Moderator.az-a açıqlamasında Xalq rəssamı Tahir Salahovun bacısı Zərifə Salahova deyib. O daha sonra Tahir Salahovun xəstəliyindən danışıb.
 
“80 yaşı tamam olandan 1 ay sonra Almaniyaya getdi, orada ürəyindən əməliyyat olundu. İldə bir dəfə müayinəyə gedib-gəlirdi. Bir müddət əvvəl onun həm də həyat yoldaşı dünyasını dəyişmişdi, bu hadisə də ona pis təsir edirdi. Yenidən analiz verdi, hər şey də yaxşı idi, amma buna baxmayaraq qəfildən dünyasını dəyişib” deyə o bildirib.
 
“Sonuncu dəfə nə vaxt görüşmüsünüz, yaxud əlaqə saxlamısız?- sualına Zərifə Salahova bu cür cavab verib.
 
“Sözün düzü həyat yoldaşı dünyasını dəyişəndən sonra görüşməmişdim. Bu da təxminən olub 6 ay əvvəl. Başı qarışıq olduğuna görə heç telefonla da danışmamışdıq. Bakıya da gəlmişdi, sadəcə imkan edib görüşə bilməmişdik” deyə Zərifə Salahova bildirib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib