Dərc edilib: 22-05-2021

https://www.nuh.az/28843-.html

Güclü qadını sevməkdən qorxma...

22.05.2021 09:50:31

LIVE

Bu foto 1972-ci ildə İrlandiyada çəkilib.

İngilis ordusuna qarşı vuruşarkən yaralanmış nişanlısının silahıyla atəş açan qadın. Yaralı nişanlısını maşına qoyub uzaqlaşdırandan sonra ingilis əsgərlərlə sonacan vuruşur və öldürülür. İngilis tabor komandiri bir qadınla vuruşduqlarını görüncə, onun bədəninə toxunmamalarını əmr edir və irlandiyalılara onu dəfn etməyə icazə verir.
Komandir belə deyir: "Biz bizi vecinə almayan bir kraliça üçün qan tökürük. Bu qadın isə sevgilisi və ölkəsi üçün savaşır."
İrlandiya mətbuatı İrlandiya Qadınlar Günü üçün bu fotonu simvol seçir və bu sözləri başlığa çıxarır:
"Güclü bir qadını sevməkdən qorxma, çünki zamanı gələndə o, sənin tək ordun olacaq."

NUH informasiya agentliyi səhifəsindən çap edilib