Dərc edilib: 23-05-2021

https://www.nuh.az/28849-.html

Tbilisidə davada azərbaycanlı qətlə yetirildi

23.05.2021 13:41:34

Günün sitatı

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.

 


"Report"   xəbər verir ki, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.

Hadisə zamanı bir neçə azərbaycanlı gəncin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.

Hadisənin digər detalları hələ məlum deyil.

NUH informasiya agentliyi səhifəsindən çap edilib