Dərc edilib: 26-05-2021

https://www.nuh.az/28886-.html

Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanova FOTOLAR

26.05.2021 23:39:47

İdman

Neftçala Rayon İcra Hakimiyyətində koronavirus (COVID-19) pandemiya qaydalarına uyğun olaraq Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. 


“Qafqazinfo” xəbər verir ki, konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova, şəhid valideynləri və Rayon Ağsaqqallar Şurasının üzvləri iştirak edib.

Konfransdan öncə Mirhəsən Seyidov və Elmira Süleymanova Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edərək gül dəstələri düzüblər və ruhlarına dualar oxunub.

Konfransı giriş sözü ilə Neftçala icra başçısı Mirhəsən Seyidov açaraq, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsi və məsləhətinin xüsusi əhəmiyyət kəsb etdiyini, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının həmişə ən ali həyat məramı olduğunu bildirib.

Sonra professor Elmira Süleymanova çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb.

Çıxışlarda Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verilib və tövsiyələri çatdırılıb, yeni seçiləcək heyətə uğurlar arzulanıb.

Konfransda rayon Ağsaqqallar Şurasının üzvləri - şəhid atası Təhmasib Məlikov, Abasqulu İskəndərli, Orucəli Hüseynov və Telman Quliyev çıxış edib, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Konfransda sonra təşkilati məsələlərə baxılıb  Neftçala Rayon Ağsaqqallar Şurasının Əsasnaməsi təsdiq edilib. Əbülfəz Ağayev Ağsaqqallar Şuranın yeni sədri seçilib, həmçinin İdarə heyətinə Gülağa İmanov, Bahəddin Leysanov, Elçin Əsədov, Vidadi İsmayılov, Rəşid Manafov, Oktay Kərimov, Hüsniyyə Ələkbərova üzv seçiliblər.

Təftiş komissiyasına isə Telman Quliyev, Abasqulu İskəndərov və Orucəli Hüseynov yeni tərkibə üzv seçiliblər.

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib