Dərc edilib: 27-05-2021

https://www.nuh.az/28887-.html

“NATO gürcüləri gözləyir” - Polşa prezidenti

27.05.2021 00:10:37

LIVE

“Gürcü xalqı azadlıq, təhlükəsizlik və rifaha layiq olan qürurlu bir xalqdır. Buna görə də NATO gürcüləri gözləyir”.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andrey Duda deyib.

O, Polşanın NATO-ya inteqrasiya prosesində Gürcüstana kömək etmək üçün əlindən gələni edəcəyinə söz verib.

Prezident gürcülərə bütün maneələri və çəkin dolanbacları aşa bilmək üçün əzmlə islahatlar həyata keçirməyi sürətləndirməyi tövsiyə edib.

O, nitqini dahi gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərindən bir sitatla yekunlaşdırıb:

“Dost dostu üçün ölümdən və bəladan qorxmamağa borcludur”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib