Dərc edilib: 28-05-2021

https://www.nuh.az/28900-.html

Ermənistanı vətəndaş müharibəsi gözləyir"

28.05.2021 09:39:35

LIVE

"Ermənistandakı daxili siyasi vəziyyət hər an qarışa, vətəndaş müharibəsi başlaya bilər". 


Bizimxeber.az bildirir ki, bu barədə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyada çıxışı zamanı deyib.

O bildirib ki, baş nazir Nikol Paşinyanla üçüncü prezident Robert Köçəryan arasında ciddi siyasi və şəxsi düşməncilik mövcuddur. Və bu düşmənçilik dayandırılmasa nə olacağını təsəvvür etmək belə qorxuludur. 

Ter-Petrosyan deyib ki, siyasi mənada parlament seçkilərində iştirak etmək üçün 27 siyasi qüvvənin qeydiyyatdan keçməsi anormaldır: "Parlament idarəetmə sistemi olan dövlətlərin maksimum 2-3 güclü, köklü partiyası olmalıdır. Onlar vaxtaşırı bir-birini əvəz etməli, dövlət düşüncəsinə sahib olmalı və ölkəni idarə etməldir".

Ter-Petrosyan həmçinin əlavə edib ki, Ermənistanın parlament idarəetmə sistemində qalması çökməsi deməkdir və tezliklə prezident idarəetməsi formasına qayıtmaq vacibdir: "Parlament sisteminə keçid prezident Serj Sarkisyanın ən böyük səhvi idi və öz başında partladı".

Keçmiş dövlət başçısı daha bir maraqlı məlumatı da açıqlayıb: "Əvvəllər Köçəryan və Sarkisyana Paşinyanı devirmək üçün seçkilərdə birgə iştirak etməyi təklif etmişdim. Amma onların heç biri hakimiyyətə gəlməkdə iddialı olmadıqları cavabını verərək, təklifi rədd etdilər. Bu birləşmə Paşinyandan qurtulmağın ən ağlabatan yoldur".

"Daha çətin vəziyyət yarana bilər" deyən Ter-Petrosyan daha maraqlı detallara toxunub: " Ola bilər ki, nə Paşinyan, nə də Köçəryan qalib gəlmək üçün lazımı səsi ala bilməsin. Bu zaman daha çətin vəziyyət yaranacaq və xaos, vətəndaş müharibəsi başlayacaq".

NUH informasiya agentliyi səhifəsindən çap edilib