Dərc edilib: 31-05-2021

https://www.nuh.az/28910-.html

Bakıda məhkəmə hakimi arvadını öldürdü

31.05.2021 09:45:21

Dünya

Bakıda məhkəmə hakimi arvadını öldürüb.


"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə təxminən 3 saat öncə paytaxtın Sabunçu rayonu, Ləhic bağlarında baş verib.

Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, cütlüyün 3 övladı var.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib