Dərc edilib: 01-06-2021

https://www.nuh.az/28916-.html

Bakıda məhkəmə hakimi hebs edildi

01.06.2021 19:04:41

Maqazin

Bakıda arvadını güllələyərək öldürən Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədovla bağlı məhkəmə qərar verib.


“Qafqazinfo” xəbər verir ki, istintaq orqanı Binəqədi rayon məhkəməsinə təqdimat verərək F.Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsini istəyib.

Məhkəmə təqdimatı təmin edərək Fəqan Əhmədovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Fəqan Əhmədov mayın 30-u gecə saatlarında Sabunçu rayonu, Ləhiç massivində yerləşən bağ evində ov tüfəngi ilə arvadı Pərvanə Əhmədovanı sinəsindən güllələyərk öldürüb.

F.Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) təqsirləndirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib