Dərc edilib: 02-06-2021

https://www.nuh.az/28920-.html

Çində ailələrin üç uşaq sahibi olmasına icazə verildi

02.06.2021 10:42:36

LIVE

Çində ailələrin üç uşaq sahibi olmasına icazə verəcək qərar qəbul edilib.

"Qafqazinfo" xəbər verir ki, qərar Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclasından sonra Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində qəbul edilib. Yeni qanunun qüvvəyə minmə tarixi dəqiqləşdirilməyib. Yeni qanun ölkə əhalisinin qocalmasının qarşısını almaq məqsədi daşıyır. Belə ki, ölkədə yaşlıların sayı uşaqların sayını üstələyir.

Qeyd edək ki, mütəxəssislərin proqnozlarına görə, yarım əsrdir davamlı olaraq artan Çin əhalisi 2022-ci ildə azalmağa başlayacaq. Ölkədə 1961-ci ildən bəri qeydə alınan doğum nisbəti minimuma düşüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib