Dərc edilib: 02-06-2021

https://www.nuh.az/28925-.html

“KQB” arxivləri açılsaydı, 4 iyun olayları baş verəcəkdimi ? Husenli

02.06.2021 23:28:41

Cəmiyyət

Təəssüf ki, arxivlər açılmadı və adları gizli qalan belə adamlar hamıdan çox danışmağa başladılar və bu gün də bunu davam etdirirlər. Yenə də hamıya böhtan atmağa çalışır, hamını ittiham edirlər...”
 
“Söhbət yalnız 4 iyundakı kimi hadisələrin olacağından getmirdi. Arxivlər, ümumiyyətlə, açılmalı idi ki, xalq öz tarixini bilsin...” 
 
Bu fikri AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az-a açıqlamasında   “AXC hakimiyyəti dövründə bir neçə dəfə “KQB”, yəni keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycan bölməsinin arxivlərinin açılması tələbi ilə çıxış etmisiz. Sizcə, həmin arxivlər vaxtında açılsaydı, 4 iyun olayları baş verəcəkdimi?” sualını cavablandırarkən dilə gətirib.
 
“Arxivlər həm də ona görə açılmalıydı ki, heç olmasa, həmin arxivlərdə gizlədilən materialların nə zamansa aşkar olunması ehtimalı yüksəlsin. Və nəticədə  vaxtilə donosçuluqla məşğul olan, insanlara böhtan-şər ataraq onların taleyinin sınmasına, məhv olmasına gətirib çıxaran  şəxslər  hüquqi cəza almasalar da, vicdan əzabı çəksinlər  və fəaliyyətlərini də məhdudlaşdırsınlar. Ancaq, təəssüf ki, arxivlər açılmadı və adları gizli qalan belı adamlar hamıdan çox danışmağa başladılar və bu gün də bunu davam etdirirlər. Yəni yenə də hamıya böhtan atmağa çalışır, hamını ittiham edirlər. Və bu da müstəqilliyimizin ilk illərində arxivlərin açılmamasının nəticəsidir...”-deyə  istiqlalçı deputat fikrinin davamında bildirib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib