Dərc edilib: 05-06-2021

https://www.nuh.az/28949-.html

“ABŞ Sovet İttifaqının yolu ilə gedir” - Putin

05.06.2021 09:59:26

LIVE

Birləşmiş Ştatlar “imperiyalara” xas səhvlər buraxaraq, möhkəm addımlarla Sovet İttifaqının yolu ilə gedir.

 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dünya informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

“Problem bilirsiniz nədədir, mən sizə keçmiş Sovet İttifaqının keçmiş vətəndaşı kimi danışacağam. İmperiyaların problemi nədir – onlara elə gəlir ki, elə qüdrətlidirlər ki, kiçik xətalara və səhvlərə yol verə bilərlər”, - rusiyalı lider deyib.

Onun sözlərinə görə, qüdrətli dövlətlər özləri üçün problemlər yaradır və hesab edirlər ki, onları həmişə həll edə biləcəklər: “Bunları satın alarıq, bunları qorxudarıq, bunlarla razılığa gələrik, bunları hərbi gəmilərlə hədələyərik. Və bu problemləri həll edəcək. Amma problemlərin sayı artır. Elə bir an gəlir ki, bu problemlərin öhdəsindən gəlmək olmur”.

“Birləşmiş Ştatlar da inamlı hərəkətlə, inamlı gedişlə, möhkəm addımlarla düz Sovet İttifaqının yolu ilə gedir”, - Rusiya dövlətinin başçısı deyib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib