Dərc edilib: 05-06-2021

https://www.nuh.az/28954-.html

Xalidə ZÜLFLƏRİNİ düzəltməyə, daha doğrusu, müəllimliyə getdi

05.06.2021 16:26:12

Cəmiyyət

Səbail icra başçısına yeni birinci müavin təyin edilib.

 

Məlumdur ki,  Rayon İcra Hakimiyyəti başçısının əmrin' əsasən RİHB-nın müavini Şixəmmədov Vüqar Nurməmməd oğlu Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.

Səbail Rayon İcra Hakimiyyəti başçısının digər əmrinə əsasən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həşimova Kəmalə Ləzgi qızı Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Səbail icra başçısının birinci müavini Xalidə Bayramova lənətə  gəlmiş  COVİD-in güdazına  düşərək  mayın 6-da vəzifəsindən azad edilib.

Tanıyanlar bilir ki, Xalidə Bayramova boş dayanan deyil. 

Bir mahnıda deyilən kimi:  Xalidə gözəldir, Zülflərin düzəldir. 

 

NUH.az-a daxil olan məlumta görə, Xalidə xanım ali məktəblərin birində elmi-pedoqoji fəaliyyətlə məşğul olacaq. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib