Dərc edilib: 05-06-2021

https://www.nuh.az/28956-.html

Bu gün ad günü olan Müşfiq “Oxu tar”ı niyə yazdı ?

05.06.2021 18:52:12

Günün sitatı

 

“Müşfiq böyük sənətkar idi. Cəmi 29 il yaşadı, amma bu 29 ildə o, Azərbaycan ədəbiyyatında, poeziyasında öncül şair oldu. Müşfiq sözünün mənası mehriban, işıqlı deməkdir”
 
Bunu Moderator.az-a açıqlamasında filologiya elmləri doktoru Vaqif Yusifli Mikayıl Müşfiq yaradıcılığı haqda danışarkən deyib:
 
“Müşfiq böyük sənətkar idi. Cəmi 29 il yaşadı, amma bu 29 ildə o, Azərbaycan ədəbiyyatında, poeziyasında öncül şair oldu. Müşfiq sözünün mənası mehriban, işıqlı deməkdir. O, həyatda da belə olub. Amma eyni zamanda, coşqun olub, sözü ağzında saxlaya bilməyib. Yalanı sevməyib, sözü adamın üzünə deyib. Onun sovet quruluşuna aid çoxlu şeirləri var, amma Müşfiq nə yazırsa yazsın, o, bir şair kimi gözəl şair olub. Onun  “Tar” şeiri ayrıca bir əsərdi. O zamanın Maarif Komissarı Mustafa Quliyev tarı konservatoriyadan çıxarmaqla bağlı əmr verib və bu isə tarzənlərə çox pis təsir edib. Müşfiq isə buna görə  “Oxu tar” şeirini yazıb. Onun gözəl poemaları, eyni zamanda, yaxşı tərcümələri də var. M.F.Axundovun Puşkinin ölümünə yazdığı poemasını tərcümə edib. O, həmçinin Lermontovdan da tərcümələr edib. Müşfiq sonetlər yazıb. Müşfiqin həbs edilməsinə səbəb isə onun Əhməd Cavadla, Hüseyn Cavidlə dost olması idi. Yaradıcılığının ilk dövründən ölənə qədər onu tənqid edirdilər, amma Müşfiq öz yazmağında idi. Onun sevgi lirikası Azərbaycanda çox məşhurdu. O dövrdə sevgi şeirləri yazan olmayıb. Ruhu şad olsun”. 
 
Qeyd edək ki, bu gün şair Mikayıl Müşfiqin doğum günüdür.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib