Dərc edilib: 06-06-2021

https://www.nuh.az/28961-.html

Elat KƏLBƏCƏRƏ köçdü - FOTO

06.06.2021 11:04:45

İdman

Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyinin rəhbəri Bərzani Əsgərov sosial şəbəkələrdə Kəlbəcərə qayıdışı əks etdirən foto paylaşıb.
 
Modern.az xəbər verir ki, hər kəsin marağına səbəb olan məlumatda elatın Kəlbəcərə qayıtdığı qeyd edilib.
 
Belə ki, artıq Kəlbəcərin əksər yaylaq bölgələrinə elat köç edib. Kəlbəcər yaylaqlarında azərbaycanlı tərəkəmələr - heyvandarlar mal-qara otarırlar.
 
Qeyd edək ki, sonuncu dəfə elat 1992-ci ilin payızında Kəlbəcər yaylaqlarından çıxmışdı. Növbəti ilin aprelində, mövsümə 1-2 ay qalmış ermənilər Kəlbəcəri işğal etmişdi.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib