Dərc edilib: 06-06-2021

http://www.nuh.az/28964-.html

Zelenski jurnalistləri kababa qonaq etdi - Fotolar

06.06.2021 13:31:36

İqtisadiyyat

İyunun 6-da Ukrayna Prezidenti Vladimir Zelenski KİV nümayəndələri ilə təbiətdə qeyri-rəsmi görüş keçirib.


“Qafqazinfo” xəbər verir ki, hər il bu tarixdə Ukraynada Jurnalistlər günü qeyd olunur.

“Jurnalistlərin peşə bayramı ərəfəsində onlarla gün keçirdim. Bu dəfə - öz əllərimizlə hazırladığımız kabab, əla hava və həmişə olduğu kimi dostluq ab-havası. Tabusuz söhbət, kəskin suallar və mənim dürüst cavablarım. Belə görüşlərin artıq yaxşı ənənəyə çevrilməsi xoşdur”, - Zelenski instaqram səhifəsində yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti bir il əvvəl də analoji görüş keçirib. Onda Prezident və media işçiləri velosiped sürmüşdülər.

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib