Dərc edilib: 07-06-2021

https://www.nuh.az/28974-.html

Akademik Ramiz Məmmədov vəfat etdi

07.06.2021 11:42:18

LIVE

Görkəmli coğrafiyaçı alim, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vəfat edib.


“Qafqazinfo”nun AMEA-ya istinadən məlumatına görə, 71 yaşlı R. Məmmədov  2012-ci ildən AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru idi. 

Onun rəhbərliyi altında 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanıb. R.Məmmədov eyni zamanda dövlət mükafatı laureatı və Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti idi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib