Dərc edilib: 07-06-2021

https://www.nuh.az/28975-.html

FATMA Abdullazadə də...

07.06.2021 13:31:49

Hadisə

NUH.az-a  daxil  olan  məlumata görə,  tanınmış   ictimai-siyasi  xadimə olan  Fatma Abdullazadə də koronavirusa  yoluxub və evdə müalicə olur. 

 

Məlumat üçün   qeyd edək ki,  hörmətli  Fatma xanım  1993-cü ildən  2017-ci ilədək, yəni  25 il  PA-nın  Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

 

Mənbənin  bildirdiyinə  görə, xəstənin vəziyyəti normaldır, müsbət  reaksiya verir. AMEA prezidenti Ramiz Mehdiyev, TQDK (DİM) sədri Məleykə Abbaszadə, BSU-nun rektoru  Nurlana Əlliyeva və digər keçmiş iş yoldaşları xəstəyə baş  çəkiblər. 

 

NUH-çular  da  hörmətli  Fatma xanıma şəfa  diləyir. 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib