Dərc edilib: 07-06-2021

https://www.nuh.az/28977-.html

İsrailin Azərbaycandakı səfiri Zəngilanda (VİDEO)

07.06.2021 15:45:32

İqtisadiyyat

İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistanın işğalından azad olunan Zəngilan rayonuna səfər edib.

Qaynarinfo xəbər verir ki, diplomat "Smart City” layihəsi çərçivəsində Zəngilanda südçülük təsərrüfatının yaradılacağı əraziyə baş çəkib.
"Burada İsrail texnologiyasından istifadə edilərək, süd istehsal olunan bir müəssisə yaradılacaq”, - C.Dik səfərlə bağlı videomüraciətdə bildirib.
Corc Dik Ermənistanın işğalından azad olunmuş Zəngilan rayonunda "Smart City” layihəsi çərçivəsində həyata keçiriləcək layihələrdən danışıb. Onun sözlərinə görə, Zəngilanda İsrail texnologiyasından istifadə edilərək, süd istehsal olunan müəssisə yaradılacaq.
"Bu gün biz Zəngilandayıq. Mənim arxamda indi hələ ki, heç nə yoxdur. Ancaq İsraildə dediyimiz kimi, heç bir şey olmadığı yerdə hər şey mümkündür. Bura azərbaycanlılar, israillilər və italiyalılar arasında beynəlxalq əməkdaşlıq üçün yer olacaq. Azərbaycanın ilk ağıllı şəhəri yaradacağı məhz bu yerdə İsrail şirkətinin süd təsərrüfatı qurulacaq. Burada İsrail texnologiyasından istifadə edilərək, süd istehsal edən bir müəssisə yaradılacaq. Sonra məhsullar yaxındakı İtaliya fabrikinə veriləcək. İtaliya fabiriki isə pendir və digər süd məhsulları istehsal edəcək”, - səfir bildirib.
Diplomat deyib ki, bu əməkdaşlıq Zəngilanın bu hissəsini canlandıracaq və insanları evlərinə qaytaracaq: "Bu əməkdaşlıqdan çox qürur duyuruq. Hazırda burada heç bir şey yoxdur. Gələn il bura Azərbaycan, İsrail və İtaliya əməkdaşlığının mərkəzi olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib