Dərc edilib: 08-06-2021

http://www.nuh.az/28983-.html

Qırğızıstanın Azərbaycandakı yeni səfiri...

08.06.2021 09:24:28

LIVE

Qırğızıstan parlamentinin Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik üzrə komitəsi Kayrat Osmonəliyevin Qırğızıstanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib.

Bu barədə “Qafqazinfo” Qırğızıstan mətbuatına istinadən xəbər verir.

Qərar bazar ertəsi keçirilən iclasda qəbul edilib. Kayrat Osmonəliyev il ərzində işin nəticələrini nümayiş etdirməyi və Bakı ilə münasibətləri yaxşılaşdırmağı vəd edib.

Qeyd edək ki, K. Osmonəliyevin 48 yaşı var. O, 2010-2016-cı illərdə Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) yanında Diplomatik Akademiyada prorektor vəzifəsində çalışıb. Hazırda Mərkəzi Seçki Komissiyasının (MSK) üzvüdür. Xarici işlər nazirinin müavini Nuran Niyazəliyevin sözlərinə görə, K. Osmonəliyev ingilis dilində sərbəst danışır

NUH informasiya agentliyi səhifəsindən çap edilib