Dərc edilib: 08-06-2021

https://www.nuh.az/28985-.html

Bakıda maşından 100 minlik qol saatı oğurlandı

08.06.2021 12:49:07

LIVE

Bakıda maşından 100 min manatlıq saat oğurlanıb. 


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, oğurluq iyunun 3-də Binəqədi rayonunda yaşayan Əli Quluzadənin avtomobilindən edilib.

Onun maşınındakı 100 min manat dəyəri olan qol saatı oğurlanıb. Artıq cinayəti törədən 29 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

Cəlilabad rayon sakini olan şəxsin əvvəllər də oğurluğa görə məhkum edildiyi bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib