Dərc edilib: 11-06-2021

https://www.nuh.az/29015-.html

“Azərsu” qaz pulunu ödəmir? – “Azəriqaz”la məhkəmə çəkişməsi

11.06.2021 16:14:35

LIVE

"Azəriqaz" İstehsalat Birliyi ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti arasında məhkəmə çəkişməsi davam edir.


 Yeniavaz.com   verdiyi məlumata görə, məhkəmə işinə Bakı Kommersiya Məhkəməsinin hakimi  Kənan Hüseynov baxır.

Növbəti məhkəmə iclası iyul ayının 5-də keçiriləcək. Daha əvvəl  3 iclas keçirilib.

Qeyd edək ki, məhkəmə iddiası “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaldırılıb.  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məhkəmədə cavabdeh qismində iştirak edir.

Məhkəmə çəkişməsinin səbəbi kimi “Azərsu” ASC-nin istifadə etdiyi təbii qazın pulunu ödəməməsi göstərilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib