Dərc edilib: 14-06-2021

https://www.nuh.az/29042-.html

428 tondan artıq yaş barama təhvil verilib

14.06.2021 19:57:19

İqtisadiyyat

Azərbaycanda yaş barama tədarükü davam edir. 


Kənd Təsərrüfatı Nazirliyindən "Qafqazinfo"ya daxil olan məlumata görə, iyunun 14-dək kümçülər tərəfindən barama tədarükü məntəqələrinə 428,29 ton yaş barama təhvil verilib.

Ən çox yaş barama tədarükü Zərdab (67.163 ton), Ağcabədi (44.891 ton), Balakən (41.301 ton), Zaqatala (34.844 ton), Şəki (23.468 ton), Bərdə (22.358 ton) və Füzuli (19.982 ton) rayonlarında qeydə alınıb. 

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər.

Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır. Bu il dövlət tərəfindən 5 mindən artıq kümçüyə pulsuz olaraq 14700 qutu ipəkqurdu toxumu (qrena) verilib. 2021-ci ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarük edilir.  Yaş baramanın tədarükü və məntəqələrə təhvil verilməsi davam edir.   

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib