Dərc edilib: 15-06-2021

https://www.nuh.az/29051-.html

Kəlbəcərin 35 yaşlı icra başçısı vəzifəsilə vidalaşdı

15.06.2021 05:53:01

Günün sitatı

 Kəlbəcərin  icra başçısı  Azər Qocayevin vəzifədən azad edilməsi ilə bağlı NUH.az-a məlumat daxil olub.


Azər Qocayev  Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

 

Əslən Kəlbəcər rayonundandır. Azərbaycanın tanınmış saz-söz ustadı olan Ağdabanlı şair Qurbanın nəslindəndir.

 

Cəmi 1 il  icra baçısı olan Azər Qocayevin vəzifədən azad olumasının səbəbi çox müəmmalıdır. 

Məlumdur ki, icra başçıları əsasən  kiminsə təqdimatı ilə təyin olunur, yəni icra başçılarının  "kuratoru" olur. 

Və qərarı da çox zaman "kurator"lar verir. "Kurator"la münasibəti  düzgün qura bilməyən icra başçıları vəzifəsilə vidalaşmağa məhkumdur. 


NUH informasiya agentliyi səhifəsindən çap edilib