Dərc edilib: 15-06-2021

https://www.nuh.az/29055-.html

"Ölüm – yox olmaq deyil, başqa bir həyatın başlanması üçün bir körpüdür..."

15.06.2021 09:15:58

Mədəniyyət

Quran buyurur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır”. (“Mulk” 2).
 
İslam dininin nəzərinə görə ölüm – yox olmaq demək deyildir. Əslində başqa bir həyatın başlaması üçün bir körpüdür. İnsan bu dünyadan başqa bir dünyaya köçmüş olar. Ölümün həqiqəti budur ki, Allah insanların səbirini imtahana çəkər. Həyatın həqiqəti budur ki, Allah insanların şükrünü imtahana çəkər.
 
Allahın xəlq etdiyi hər bir şeyin hədəfi vardır və heç bir şey əbəs yerə xəlq olmamışdır. Allah insanı təkamül etməsi üçün xəlq etmişdir. İnsanın cövhəri həyatın çətinliklərində və bəlalarında üzə çıxar. (Həvzəh)
 
 
Əslində İlahi imtahan Allahın elmini aydınlaşdırmaq üçün deyildir, çünki O, hər şeyi qabaqcadan biləndir. Mahiyyətcə bu imtahan ona görədir ki, insan əməllər yerinə yetirsin ki, ona uyğun olaraq mükafatlansın və ya cəzalansın. Necə ki, müəllim öz şagirdinin istedadını bilir. Ancaq imtahan vasitəsilə istəyir ki, şagirdi bildiklərini ona göstərə bilsin.
 
 
Əməlin meyarı isə keyfiyyətdir, kəmiyyət deyil. Allahın imtahanı həmişə olmuşdur və olacaqdır da. Ona görə də əməllərimizin indi yaxşı olması ilə qane olmamalıyıq. Çalışaq ki, ömrümüzün axırına qədər yaxşı əməllər yerinə yetirək.
 
 
Sadəc, Allahın qüdrəti və hökuməti sarsılmaz və məğlubedilməzdir.
 
Allahın izzəti və qüdrəti, rəhməti və mehribanlığı ilə birlikdə olar.
 
Ona görə də İlahi imtahanda məğlub olmaqdan qorxmayın. Çünki O, bağışlayan və əfv edəndir. Sadəcə, toparlanın və növbəti imtahanı daha keyfiyyətli verməyə çalışın.
 
 
/Deyerler.org/
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib