Dərc edilib: 17-06-2021

https://www.nuh.az/29068-.html

AZAL-ın ilk qadın pilotları - VİDEO

17.06.2021 14:21:03

Maqazin

“Azərbaycan Hava Yolları” aviaşirkəti ilk qadın pilotları haqqında videosüjet hazırlayıb.


Valyuta.az xəbər verir ki, bu videoda AZAL-ın pilotu olmağı hədəfləyən cəsarətli və ürəkli xanımların hekayəsinin yalnız kiçik bir hissəsi göstərilib.

“Bu xanımlar uzun və çətin bir yol keçdilər: bu peşənin əsaslarını Azərbaycan Milli Aviasiya Akademiyasında öyrəndilər, bütün imtahanları əla qiymətlərlə verdilər və yekun praktik sınaqlardan uğurla keçdilər. Bu gün bu gözəl qadınlar hava gəmilərində daxili və beynəlxalq uçuşları həyata keçirən AZAL-ın yüksək səviyyəli pilotlarıdır.

Biz həmkarlarımızla fəxr edir və onlara hər zaman açıq səma və yumşaq enişlər arzu edirik!” - deyə AZAL-ın məlumatında bildirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib