Dərc edilib: 21-06-2021

http://www.nuh.az/29092-.html

Ermənistanda səslərin 95,8 faizi sayılıb - Paşinyan qalib gəlir

21.06.2021 08:37:49

LIVE

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 95,8 faizini hesablayıb.

 


"Qafqazinfo" erməni KİV-nə istinadən xəbər verir ki, ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində səslərin 54,21%-ni toplayıb.

Bu, ümumilikdə 661 736 səs, 2008 seçki məntəqəsinin 1945-dən toplanmış bülletenlər deməkdir.

Robert Koçaryanın rəhbəri olduğu “Ermənistan” bloku isə seçicilərin 20,89 faizini (255 034 nəfər) qazanmaqla ikinci sıradadır.

“Mənim şərəfim var” blokuna 5,25 faiz (Serj Sarqsyan və Artur Vanetsyan), “Çiçəklənən Ermənistan” partiyasına isə (Qagik Tsarukyan) 3,99 faiz seçici səs verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib