Dərc edilib: 21-06-2021

http://www.nuh.az/29095-.html

Polis əməkdaşı xidməti silahla özünü güllələdi

21.06.2021 20:06:53

Cəmiyyət

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, hadisə iyunun 21-i saat 19 radələrində axşam saatlarında baş verib:

"Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib".

E. Zahidov əlavə edib ki, hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib