Dərc edilib: 22-06-2021

https://www.nuh.az/29103-.html

Tez-tez asqırmaq koronavirusun əlamətidir

22.06.2021 23:22:35

LIVE

Vaksinasiyadan keçən insanlarda asqırmaq koronavirusun əsas simptomudur.
"Express”in məlumatına görə, bu barədə "ZOE COVID Symptom Study” xəbərdarlıq edib.
Elm adamlarının fikrincə, tez-tez asqırmaq COVID-19 simptomu ola bilər. Bu simptom adətən vaksinasiya olunmalarına baxmayaraq, yoluxan xəstələrdə özünü göstərir.
Maraqlıdır ki, asqırma COVID-19-un əsas əlaməti deyil, hətta ən çox görülən simptomlardan biri belə sayılmır.
Mütəxəssislər peyvənddən sonra səbəbsiz yerə tez-tez asqırmanın COVID-19 əlaməti ola biləcəyini izah ediblər. Bu simptom peyvənd olunmuş xəstələrdə görünəndə həkimlər evdə qalmağı və koronavirus testi verməyi tövsiyə edirlər. (oxu.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib