Dərc edilib: 23-06-2021

https://www.nuh.az/29106-.html

İlham Əliyev onları təltif etdi - ADLAR

23.06.2021 12:42:50

İdman

İlham Əliyev onları təltif etdi - ADLAR

Milli Məclisin inzibati vəzifələr tutan bir neçə dövlət qulluqçusuna ixtisas dərəcələri təqdim edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə həqiqi dövlət müşaviri ixtisas dərəcəsi, parlament Katibliyinin rəisi Teymur Tağıyevə və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə 3-cü dərəcəli dövlət müşaviri dərəcəsi verilib.

Qeyd edək ki, inzibati vəzifələr tutan bir qrup dövlət qulluqçusuna ixtisas dərəcələrinin verilməsi haqqında prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib