Dərc edilib: 25-06-2021

https://www.nuh.az/29117-.html

Kanadada 751 uşağın qalıqları olan DAHA bir məzarlıq tapıldı

25.06.2021 07:51:49

Dünya

Kanadada daha bir kilsə məktəbinin həyətində rəsmi olaraq qeydə alınmamış 751 uşaq cəsədinin qalıqlarının olduğu məzarlıq tapılıb.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məzarların yerləşdiyi Kovesses bölgəsinin polis rəisi Kadmus Delorm bunların kütləvi məzarlıq yox, adsız məzarlar olduğunu deyib.

O bildirib ki, qəbiristanlığı idarə edən Roma Katolik Kilsəsi 1960-cı illərdə məzarlardakı işarələmə nöqtələrini ləğv edib.

Ölkənin Baş naziri Castin Trüdo bunu yerli xalqların qarşılaşdığı ədalətsizliyin utancverici xatirəsi adlandırıb.

Qeyd edək ki, bundan əvvəl də Kanadada yerli xalqın təmsilçisi olan uşaqların kütləvi basdırıldığı məzarlıqlar aşkarlanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib