Dərc edilib: 25-06-2021

https://www.nuh.az/29118-.html

ABŞ-da 12 mərtəbəli bina çökdü, ölənlər var

25.06.2021 08:03:59

LIVE

ABŞ-ın Florida ştatında 12 mərtəbəli bina çöküb.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mayaminin  şimalındakı Sörfsayd sahil qəsəbəsində binanın çökməsi nəticəsində üç nəfər ölüb.

İlkin məlumatlara görə, 40 nəfər dağıntılar altından çıxarılıb. 99 nəfərdən isə xəbər almaq mümkün deyil.

Hadisə yerində xilasedicilər çalışırlar. Binaya bitişik hoteldə olanlar təxliyyə ediliblər. Ölü sayının artacağı istisna olunmur.

1981-ci ildə inşa olunan binanın çökmə səbəbi hələlik bilinmir.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib