Dərc edilib: 27-06-2021

https://www.nuh.az/29137-.html

Nazir ÖPÜŞ-ə görə istefa verdi...Mirələmov isə..

27.06.2021 12:03:25

Cəmiyyət

İngiltərənin səhiyyə naziri Matt Hankok istefa verib.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb nazirin arvadına xəyanət etməsinin görüntülərinin yayılmasıdır.

Belə ki, bir neçə gün əvvəl nazirin özü kimi evli olan iş yoldaşı Qina Koladanqelo ilə öpüşərkən çəkilmiş şəkli mediaya sızıb.

 

 

İlk dəfə “The Sun”da yayımlanan fotonu gördükdən sonra nazirin 14 illik həyat yoldaşı və üç övladının anası olan Marta Hankokun evi tərk etdiyi bildirilib.

Bunun ardınca isə ingilis mediasından bütün dünyaya yayılan qalmaqal fonunda nazir istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, baş verənlər fonunda Matt Hankok sosial məsafəni pozduğuna görə üzr istəməklə kifayətlənmişdi.

Artıq nazirin yerinə yeni təyinat da həyata keçirilib. Bu, İngiltərənin ilk müsəlman daxili işlər naziri və keçmiş maliyyə naziri Sacid Caviddir.

 

Sacid Cavid

NUH informasiya agentliyi səhifəsindən çap edilib