Dərc edilib: 28-06-2021

http://www.nuh.az/29147-.html

Hindistanda ölümcül virus tapılıb

28.06.2021 09:10:03

LIVE

Hindistanın Maharaştra ştatındakı Milli Virusalogiya İnstitutunun alimləri ölkədə daha bir ölümcül virus aşkar ediblər.

Moderator.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Nipah adlanan virus yarasalarda müşahidə olunub. Lakin onun heyvanların ağız suyunun dəydiyi meyvələri yeyən insanlara da keçməsi mümkündür.

“Nipah” beyin damarlarının iltihabı və ya respirator xəstəliklər yaradır.

Virus insanlara xəstə heyvanların ağız suyunun meyvələr üzərinə düşməsi ilə keçə bilir.

Virusun öldürücülüyü 40-70 faizdir. “Nipah” virusunun heç bir dərmanı və vaksini yoxdur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Nepahı ən ölümcül viruslardan biri hesab edir. Belə ki, virusa yoluxanların arasında ölüm riski 45-70% təşkil edir.

Xatırladaq ki, Hindistanda bundan əvvəl koronavirusun ən təhlükəli növü hesab edilən Delta ştammı da tapılıb. Hazırda Delta ştammı 90 ölkəyə yayılıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib