Dərc edilib: 29-06-2021

https://www.nuh.az/29157-.html

"1990-cı ildə tələbə hərəkatının lideri" HƏBS edildi

29.06.2021 13:25:25

Hadisə

Xəbər verdiyimiz kimi, bu ilin aprel ayında Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev korrupsiyada ittiham olunaraq həbs olunub.  
 Unikal.org-un   məlumatına görə,  Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində Abbas Rzayevin sədrliyi ilə iyunun 26-da keçirilən növbəti məhkəmə  prosesi zamanı R.Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.  
Rasim Quliyevin bu qərardan apellasiya şikayəti verəcəyi bildirilib .
Qeyd edək ki, R.Quliyev 1990-cı ildə tələbə hərəkatının liderlərindən biri olub və 1992-ci ilin dekabr ayında AXC-Müsavat hakimiyyəti dövründə siyasi məhbus kimi həbs edilib. O, 1993-cü ildə aclıq aksiyasına başlayıb və nəhayət Heydər Əliyevin müdaxiləsindən sonra azadlığa buraxılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib