Dərc edilib: 29-06-2021

https://www.nuh.az/29158-.html

Ştutqart” Mağazalar Şəbəkəsi bağlanır?

29.06.2021 08:26:02

Cəmiyyət

Ölkəmizdə avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olan “Ştutqart” Mağazalar Şəbəkəsi ilə bağlı məlumat əldə etmişik.

 

NUH.az-a daxil olan məlumata görə, mağazalar şəbəkəsi böyük çətinliklə üzləşib. Verilən məlumata görə, “Ştutqart” rəhbərliyi qarşısında şərt qoyulub ki, bazardan geri çəkilsin. Və rəsmi olaraq şəbəkəyə rəhbərlikdən uzaqlaşsın. Qoyulan şərtlər qarşısında çıxılmaz vəziyyətə düşən şirkət rəhbərliyi tam olaraq bazardan çıxmaq fikrində deyil. Bunun üçün də, başqa bir siyasət yürütməyi qarşısına məqsəd qoyub. Bu barədə ətraflı bəhs edəcəyik.

Qeyd edək ki, “Ştutqart” Mağazalar Şəbəkəsi sabiq deputat Nəriman Əliyevə aiddir. Amma rəsmi sənədlərdə yaxın qohumu qeyd edilib.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib