Dərc edilib: 30-06-2021

https://www.nuh.az/29164-.html

Komitə sədrinin bahalı kəməri və ayaqqabısı

30.06.2021 01:10:42

İdman

Adil Aliyev keçən həftə çağırış etdi ki, bəs heç olmasa, 10 manatdan atışıb YAŞAT Fonduna pul keçirin, vəsait azalır.
Mən də ondan sonra məmurların şəklinə baxıb dəyərləndirmə aparıram. Dünən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İstanbulda 90 min dollar xərcləyib 5 ulduzlu oteldə keçirdiyi tədbirdəki şəklinə baxanda gördüm bəyin kəməri 1528 avroluqdu. Ayaqqabısının da minimum dəyəri 740 avrodur. Louis Voitton firmasınındır. Hələ geyim dəstini demirəm. Adil müəllim, buyurun. Sizə 2300 avro tapmışam. Satıb verin Yaşat Fonduna.
Müəllif: Fikrət Hüseynli

NUH informasiya agentliyi səhifəsindən çap edilib