Dərc edilib: 30-06-2021

https://www.nuh.az/29165-.html

Kəlbəcərin "İstisu"yunun gələcəyi...

30.06.2021 02:08:14

LIVE

Keçmiş SSRİ dövründə dünyada “İstisu”ya görə məşhur olan Kəlbəcər Azərbaycan rayonları arasında ərazi böyüklüyünə görə birinci yerdə durur. SSRİ-yə daxil olan ölkələrdən ora çox sayda  turistlər gəlirdi. Gələn turistlər həm istirahət edir, həm də “İstisu”da müalicə alırdılar. “İstisu” dünya əhəmiyyətli müalicəvi mineral suyu bir çox xəstəliklərin dərmanıdır. Həzm sistemi, qaraçiyər, öd kisəsi, həmçinin maddələr mübadiləsinin pozulmasından yaranan xəstəliklərə şəfa verir.

Nəhayət illərdir düşmən tapdağında olan Kəlbəcər sentyabrın 27-də başlayıb 10 noyabrda Qələbə ilə sonlanan haqq savaşımız nəticəsində işğaldan azad olundu.

Maraqlıdır, bundan sonran sonra “İstisu” dünyada öz adını necə tanıtdıracaq?

Kəlbəcər rayonunu deputatı Aqil Məmmədov bildirib ki, “İstisu” müasir tələblərə cavab verən formatda öz keçmişinə geri dönəcək:

“Kəlbəcərin diqqət cəlb edən ən önəmli ərazisi “İstisu” ərazisidir. Sovet dövründə də orada insanların müalicə alması üçün sanatoriya tikilmişdi. Tək azərbaycanlılar yox, SSRİ-yə daxil olan 15 müttəfiq respublikanın vətəndaşları gəlib orada müalicə ala bilirdilər. Eyni zamanda, o dövrdə “İstisu”yu qablaşdıraraq içməli su kimi də istifadə edirdilər. Qeyd etmək istəyirəm ki, hələ sovet dövründə “İstisu” sanatoriyasında hər il 50 mindən çox vətəndaş istirahət edə bilirdi.

Bir sözlə, “İstisu” daha müasir tələblərə cavab verən formada keçmişinə qayıdıb, daha da inkişaf edəcək.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Kəlbəcərdə dünya standartlarına bərabər olan sanatoriyalar tikilib, xalqın istifadəsinə veriləcək. Digər ölkələrdən gələn vətəndaşlarımız üçün də lazimi şərait qurulacaq. Bu onu göstərir ki, “İstisu”yun gələcək prespektivi çox böyükdür. Ora istirahət və müalicə üçün gələn insanların sayı həddindən çox olacaq”.

Deputat “İstisu”yun əvvəlki dövrlərdə olduğu kimi, yenidən öz fəaliyyətini bərpa edəcəyini deyib:

““İstisu” içməli su olaraq kimyəvi tərkibinin zənginliyi baxımından dünyada mövcud olan mineral sulardan ən birincilərindəndir. Onun içməli su kimi qablaşdırılaraq, dünya bazarına çıxarılması nəzərdə tutulub. Düşünürəm ki, bu da həm o bölgənin inkişafına, həm də ölkə iqtisadiyyatına öz tövfəsini verəcək”.

Gununsesi.info

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib