Dərc edilib: 30-06-2021

https://www.nuh.az/29168-.html

ABŞ-da son 82 ildə İLK

30.06.2021 09:20:00

LIVE

ABŞ-ın şimal-qərbindəki ştatlarda həftəsonu müşahidə olunan yüksək temperatur daha əvvəl heç görülməmiş rəqəmlərə çatıb.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər ABŞ-ın Kanada ilə sərhəd olan ştatlarında ölçülən temperaturu “bənzəri görülməmiş”, “həyatı təhdidedici” və “tarixi” adlandırırlar.

Oreqon ştatının Portland şəhərində iyunun sonunda normalda 21 dərəcə olan isti tarixdə heç görülməmiş şəkildə 44 dərəcəyədək yüksəlib.

Oreqon ştatında indiyədək ən yüksək temperatur 27 iyul 1939-cu ildə qeydə alınıb – 47 dərəcə.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib