Dərc edilib: 01-07-2021

https://www.nuh.az/29174-.html

Dünyanın ən yaşlı kişisi açıqlandı - Foto

01.07.2021 08:56:55

LIVE

Ginnes Porto Rikolu Emiloi Flores Markezin 112 il 326 günlə dünyanın yaşayan ən yaşlı kişisi olduğunu elan edib.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt San Juanın şərqindəki Karolinada doğulan Markez Ginnes tərəfindən tanınaraq, ən yaşlı kişi olmasına dair sertifikat alıb.

“Don Milo” kimi tanınan Markez uzun yaşamağın sirrini mərhəmətdə gördüyünü deyib:

“Atam məni sevgi ilə böyütdü və hər kəsi seməyi öyrətdi. Mənə və qardaşlarıma hər zaman yaxşılıq etməyi, hər şeyi başqaları ilə paylaşmağın vacibliyini söylədi”.

11 uşaqlı ailənin ikinci övladı olan Markez sadəcə üç il təhsil ala bilib. Dörd övlad atası olan ən yaşlı kişi 75 illik həyat yoldaşını 2010-cu ildə itirib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib