Dərc edilib: 01-07-2021

https://www.nuh.az/29179-.html

Rövşən Əkbərovun məhkəməsi başlayır

01.07.2021 23:01:20

LIVE

Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.


Baş Prokurorluğun mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 01-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və  12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün  Bakı Hərbi Məhkəməsinə göndərilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib